Ançelotti penalti vuruşlarını türk ulduza verə bilər

“Real Madrid” klubunda 11 metrlik cərimə zərbəsini vuracaq oyunçular dəyişə bilər.

AzPost xəbər verir ki, Cud Bellinqem “Valensiya”ya qarşı oyunda penalti zərbəsini dəqiq yerinə yetirə bilməmişdi. Baş məşqçi Karlo Ançelotti məsələ ilə bağlı bu sözləri deyib:

“Penaltini vuranlar? Hər oyundan əvvəl qərar verəcəm. Bu, Vinisius da, Bellinqem də, Mbappe də, Modriç və Arda Güler də ola bilər”.

Qeyd edək ki, “Kral klubu” 6 yanvar saat 22:00-da Kopa Del Rey qarşılaşmasında “Mineyra” ilə üz-üzə gələcək. (Offsideplus.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.