Ərdoğan Putin və Zelenski arasında görüş təşkil edəcək- Bu tarixdə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski arasında apreldə İstanbulda görüş təşkil edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyənin yeganə missiyası prezidentlər Putin və Zelenskinin xarici müdaxilə olmadan heç olmasa bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır.

“Qoy, özlərinə uyğun olan həll yolunu özləri tapsınlar”, – Erhan vurğulayıb.

O əlavə edib ki, Türkiyə 2022-ci il ərzində sadəcə vasitəçi olub, tərəflərin heç birini nəyəsə məcbur etməyib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.