“Ankara Ukraynada atəşin dayandırılması üçün səylərini davam etdirəcək”- ÇAVUŞOĞLU

“Ankara Ukraynada atəşin dayandırılması üçün səylərini davam etdirəcək”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşdə bildirib.

XİN rəhbərləri arasında danışıqlar NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Buxarest görüşü çərçivəsində baş tutub.

Çavuşoğlu qeyd edib, Kuleba ilə görüşdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və sabit atəşkəsin təmin edilməsi üçün səyləri davam etdirdiyini deyib.

Türkiyəli nazir Buxarestdə keçirilən toplantıda bildirib ki, Ankara Ukrayna böhranının tezliklə və ədalətli sülh yolu ilə həllinin tərəfdarıdır və bunun üçün müvafiq addımlar atır.

Azpost.info

Əvvəlki məqalə

“Çovdar” qızıl mədənində “Qırmızı Kitab”a düşmüş bitkilər əkilib –

Sonrakı məqalə

Telefonlarda İMEİ kodunu dəyişdirənlər 12 min manat cərimə ediləcək