Ankarada Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ankaraya rəsmi səfəri çərçivəsində dekabrın 18-də Türkiyə Böyük Milli Məclisində olub və burada türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüşüb.

Tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə danışıqlara başlanılıb.

Müzakirələrdən sonra parlament sədrləri mətbuata açıqlamalar verəcəklər.

Səfər çərçivəsində bundan əvvəl Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.