Türkiyənin daxili işlər naziri Əli Yerlikaya dünən Ankarada terror aktı törədən terrorçulardan birinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olduğunu bildirib.
Azpost.info xəbər verir ki, nazirin sözlərinə görə, zərərsizləşdirilən həmin şəxs PKK üzvüdür.
“Dünənki hücum zamanı öldürülən kişi terrorçunun şəxsiyyəti müəyyənləşib. Onun Rocer ləqəbli Əli Orek olduğu müəyyən edilib. O, terror təşkilatı PKK-nın üzvüdür. Qadın terrorçunun şəxsiyyətini müəyyənləşdirmək istiqamətində işlər davam etdirilir”, – Yerlikaya bildirib.
Azpost.info