Ankaraya məcburi eniş edən Bakı-İstanbul təyyarəsi “Sabiha Gökçen”ə yola düşüb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

*****

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib.

Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.

Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.