“Apple” şirkəti Leonardo Di Kaprio ilə birgə film çəkəcək –Müqavilə imzalanıb

Leonardo di Kaprio və ona məxsus “Appian Way” studiyası “Apple” şirkəti ilə eksklüziv müqavilə imzalayıb.

Trend-in məlumatına görə, müqaviləyə əsasən tərəflər birgə film və televiziya layihələri hazırlayacaqlar.

Bildirilir ki, daha əvvəl bənzər müqavilələr di Kaprio tərəfindən “Warner Bros” və “Paramount Pictures” şirkətləri ilə imzalanıb, lakin bu müqavilələrdə televiziya kontentləri barədə danışılmayıb.

“Apple” artıq “Appian Way” studiyası ilə Devid Qranın eyniadlı əsəri əsasında “Ay gülünün qatili” filminin çəkilişlərinə 200 milyon dollar investisiya etməyə hazır olduğunu bildirib. Dramanın rejissoru Martin Skorseze seçilib. Şimali Amerikada filmi “Apple TV+” servisi, beynəlxalq arenada isə “Paramount” təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya üzrə koronavirusa yoluxanların sayı açıqlandı –

Sonrakı məqalə

Bu gündən Milli Məclisin növbədənkənar sessiyası başlayır