“Apple” və Hollywood studiyaları “Tviter”də reklam verməkdən imtina edirlər

“Apple”, IBM, “Disney”, “Warner Bros”, o cümlədən “Discovery”, “Paramount”, “Sony Pictures” və “Lionsgate” kimi əsas texnologiya və əyləncə şirkətləri İlon Maska məxsus X sosial şəbəkəsində (“Tviter”) reklamlarını dayandırmaq qərarına gəliblər.

Azpost.info xəbər verir ki, buna səbəb Maskın yəhudi icmalarının ağlara nifrət bəslədiyini iddia edən tvitə müsbət reaksiya verməsi olub.

Maskın sözləri hətta Ağ Evin də tənqidinə səbəb olub. Mətbuat katibi Endryu Beytes “iyrənc yalanların” təkrarlanmasının qəbuledilməz olduğunu bildirib və antisemitizm və irqçi nifrətin təbliğini pisləyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.