Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Kürdəmirdə həkimi çılpaq şəkilləri ilə şanjat edənlərə iş kəsildi

Orkhan Ali 12 May 2025 - 09:17 (Last updated: 21 May 2025 - 20:43)
Ali Məhkəmə

Ali Məhkəmə

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Namiq Fərəcov, Nailə Fərəcova və Jalə Fərəcovanın (hər üçünün ad, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, iş üzrə zərərçəkmiş Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkimi Mayıl Qafarov (şərti) 2022-ci ildə 2005-ci il təvəllüdlü Jalə Fərəcovaya telefon vasitəsi ilə çılpaq şəkillərini göndərib. Namiq Fərəcovla Nailə Fərəcova isə həmin şəkilləri əldə edib zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə ondan pul tələb ediblər. Onlar əvvəl həkimdən 2000 manat pul alıb. Sonra hər üç şəxs Mayıl Qafarovdan xəstəxananın qarşısında hədə-qorxu yolu ilə 1500 manat pulu alaraq ələ keçiriblər. Bundan başqa, Namiq, Nailə və Jalə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə ondan yenidən pul tələb ediblər. Belə ki, onlar Jalənin yenidən narkotik maddələr istifadə etməsində təhrik olunmasını yalandan bəhanə ediblər. Guya Jalə təkrar narkotik maddələr istifadə etməsi nəticəsində narkoloji xəstəliyə düçar olması ilə əlaqədar müalicə olunmalıdır və bundan ötrü 6 ay ərzində hər ayda 1300 manat olmaqla ümumilikdə 7 800 manat pul lazımdır. Həkim isə İmişli-Kürdəmir-Ağsu avtomobil yolunun Kürdəmir rayonu Mürtülü kəndi ərazisində keçən hissəsində həmin pulun 700 manatını verib. Sonra Namiq avtomobillə geriyə dönüb İmişli istiqamətində hərəkətdə olarkən Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli-Kürdəmir-Ağsu yolunun Kürdəmir şəhəri, Bakı prospektindən keçən hissəsində saxlanılıb. O, Kürdəmir Rayon Polis Şöbəsinə gətirildikdən sonra zərərçəkmiş şəxsin verdiyi 700 manat pul baxış zamanı təqsirləndirilən şəxsin əl çantasından aşkar edilərək götürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Fərəcov 6 il 8 ay 7 gün, Nailə Fərəcova 5 il 6 ay və Jalə Fərəcova isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onların hər üçü məhkəmə zalında həbs olunub. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

AzPost.az

Post navigation

Previous: Söyüş söydüyü üçün dostunu bıçaqladı
Next: DTX-dan xüsusi əməliyyat –

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.