Aprel ayında 11 uşaq övladlığa verilib

Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial.az” portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub.

Nazirlikdən bildirilib ki, onlardan 22-si qohumlararası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-si valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-si isə müəssisədən övladlığagötürmə üzrədir.

Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 326 nəfər yoluxub –

Sonrakı məqalə

“Dağlıq Qarabağda olduğu kimi Fələstinə də dəstək verəcəyik” –