Apreldə gömrük əməkdaşları 730 kiloqram narkotik aşkar edib –

Səfər Mehdiyev
10 May 2021 - 12:00

Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları 730 kiloqramdan artıq narkotik vasitə aşkar edib.

DGK-nin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, aşkarlanan narkotik vasitələrİN əsasən Gürcüstan və Avropa ölkələrinə daşınması məlum olub: “Həmin narkotik vasitələr tranzit idxaldır. Həm Astara, həm Biləsuvar sərhəd keçid məntəqələrində keçirilən əməliyyat zamanı aşkarlanıb. Hazırda əməliyyatlar davam etdirilir. Azərbaycan həmişə tranzit ölkə olaraq narkotiklərin yayılmasına yox deyib”. (Trend)