“Yeni klinika” və FHN qospitalındakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir –Baş prokuror

“Koronavirus xəstələrinin müalicə olunduğu klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir”.

Trend-in məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, fakt bağlı ictimaiyyətə ətraflı məlumat verilib: “İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək. Bu ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Erməni terrorçuları ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir” –

Sonrakı məqalə

Apreldə gömrük əməkdaşları 730 kiloqram narkotik aşkar edib –