Aprelin 23-də Londonda Ukrayna üzrə danışıqlar başlayacaq

Londonda Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar aprelin 23-də başlayacaq.

Bu barədə Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə telefon danışığından sonra “X” sosial şəbəkəsində yazıb.

“Bu çərşənbə günü nümayəndələrimiz Londonda fəaliyyət göstərəcəklər. Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ”, – deyə o bildirib.

Onun sözlərinə görə, Kiyev qeyd-şərtsiz atəşkəs əldə etməyə çalışacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.