Apteklərdə keçirilmiş yoxlamaların nəticəsi açıqlanıb

 

Analitik Ekspertiza Mərkəzi (AEM) 01.01.2022-14.02.2022-ci il tarixləri ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumat açıqlayıb.

AEM-dən  verilən xəbərə görə, Bakı şəhəri üzrə 22, digər rayonlar üzrə 8 aptek olmaqla 30 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

Müsadirə edilmiş qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 58 adda, 90.4 qutu təşkil edib.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 19 protokol tərtib edilib”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ayan Mirqasımova:

Sonrakı məqalə

Azərbaycan səfiri Tacikistanın iş adamlarına çağırış edib