Aqil Məmmədov Kəlbəcər RİH başçısı vəzifəsindən azad edilib

09 Mart 2020 - 15:35

Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

A.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputat seçilib.