Qızılın qiyməti 1 700 dolları keçdi

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1 700 ABŞ dollarını keçib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu gün əmtəə birjalarında qiymətli metal 1,9% bahalaşıb və 1 704 ABŞ dollarına realizə edilib. Bu, 2012-ci ilin dekabr ayından bəri maksimal həddir.

Bahalaşmaya səbəb kimi investorların qeyri-müəyyən iqtisadi vəziyyət fonunda qızıla tələbatının artması göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Polis Bakıda oğurluq edən şəxsi saxlamaq üçün havaya xəbərdarlıq atəşi açıb

Sonrakı məqalə

Aqil Məmmədov Kəlbəcər RİH başçısı vəzifəsindən azad edilib