Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

AQP qanuna zidd tələblə “Proxima Group”u reyestrə salmır?

Orkhan Ali 24 İyun 2026 - 16:50 (Last updated: 24 İyun 2026 - 16:50)
1

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) qanunun tələblərinə zidd olaraq rəhbəri olduğum “Proxima Group” şirkətini Palatanın reyestrinə daxil etməkdən imtina edir.

Bunu Milli.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, “Proxima Group” şirkətinin direktoru Orxan Əli bildirib. O qeyd edib ki, şirkətin reyestrə daxil edilməsi üçün AQP-yə rəsmi müraciət edib.

“15 gündən sonra Palatadan mənə zəng edərək bildirdilər ki, təqdim olunan sənədlərdə heç bir problem yoxdur. Lakin şirkətdə əmək müqaviləsi ilə rəsmi çalışan iki qiymətləndiricinin olması tələb edilir. Halbuki ‘Qiymətləndirmə fəaliyyəti haqqında’ Azərbaycan Respublikasının Qanununda belə bir tələb nəzərdə tutulmayıb. Mən rəsmi imtina məktubu təqdim edilməsini xahiş etdim. Uzun müzakirələrdən sonra həmin məktub mənə göndərildi. Məktubda qeyd olunur ki, AQP-nin daxili reqlamentinə əsasən, 01.02.2025-ci il tarixindən etibarən müraciət edən şirkətlər üçün belə bir tələb tətbiq edilir. Bu tələbin hansı hüquqi əsasla müəyyənləşdirildiyi isə müəmmalı olaraq qalır.”

Orxan Əli bildirib ki, sözügedən reqlament qəbul edildikdən sonra da onlarla qiymətləndirmə şirkəti cəmi bir qiymətləndirici ilə reyestrə daxil edilib.

“2025-ci ilin statistikasına əsasən, həmin il 85 qiymətləndirmə şirkəti qeydiyyata alınıb. Hazırda bu rəqəm 131-ə çatıb. Şirkətlər Palatanın rəsmi saytında qeydiyyat tarixinə görə sıralanıb. Mən 2025-ci ili nəzərə almıram. Təkcə 2026-cı ildə onlarla qiymətləndirmə şirkəti reyestrə qəbul edilib və onların hər birində yalnız bir qiymətləndirici fəaliyyət göstərir. Əgər Palata öz daxili qaydalarını özü pozursa, bu ciddi suallar doğurur. Digər tərəfdən, əgər istisnalar tətbiq olunursa, mənim rəhbəri olduğum şirkət niyə bu istisnalardan kənarda qalır? Səbəb nədir? Bir tərəfdən qanunda nəzərdə tutulmayan tələb irəli sürülür, digər tərəfdən isə həmin tələb seçilmiş şirkətlərə tətbiq edilmir. Bu ayrı-seçkilik nə ilə izah olunur?”

Orxan Əli hesab edir ki, bu münasibət onun Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindəki (AQC) fəaliyyəti ilə bağlı ola bilər.

“Başqa səbəb görmürəm. Bundan əvvəl də AQC üzvü olan bəzi şirkətlərə eyni tələblər irəli sürülüb. Ancaq nədənsə bu qaydalar digər şirkətlərə şamil edilmir. Ümid edirəm ki, Palata bu məsələyə aydınlıq gətirəcək və qiymətləndirmə təşkilatları üçün belə tələblərin hansı hüquqi əsasla müəyyənləşdirildiyini ictimaiyyətə açıqlayacaq. Artıq məsələ ilə bağlı hüquqi addımlar atılır və məhkəməyə müraciət olunacaq. Çünki qanunun aliliyi hər şeydən üstündür.”

WhatsApp Image 2026-06-24 at 15.18.15
WhatsApp Image 2026-06-24 at 15.18.15 (1)
WhatsApp Image 2026-06-24 at 15.18.15 (2)
WhatsApp Image 2026-06-24 at 15.18.14
WhatsApp Image 2026-06-24 at 15.18.14 (2)
WhatsApp Image 2026-06-24 at 15.18.14 (1)
WhatsApp Image 2026-06-24 at 15.19.01

AzPost.az

Post navigation

Previous: Karantin uzadıldı, sərhəd bağlı qaldı –
Next: Dondurma alarkən nəyə diqqət etmək lazımdır?

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.