Aqrar İnnovasiyalar mövzusunda maarifləndirici tədbir keçirilib

15 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoloji və Aqrar İnkişaf” İctimai Birliyi tərəfindən Gəncə şəhərində yerləşən “Gəncə Maarif Evi”ndə “Orqanik İstehsal və Aqrar İnnovasiyalar” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, iş adamları və gənclər olmaqla ümumilikdə 15 nəfər iştirak edib.

Maarifləndirici görüşdə layihənin rəhbəri Yalçın Hacıyev layihənin məqsədləri və əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Tədbirin eksperti, ADAU-nun əməkdaşı Elmir Mahmudov isə orqanik kənd təsərrüfatı və aqrar innovasiyalar sahəsində müasir yanaşmalar, texnologiyalar və tətbiq imkanları haqqında təqdimatla çıxış edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub, həmçinin ekoloji maarifləndirmənin təşviqi məqsədilə onlara ağac tingləri hədiyyə edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.