Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Aqrar Tədarük və Təchizat” ASC- jurnalistlər üçün mediatur təşkil edib

Orkhan Ali 14 İyul 2025 - 16:43 (Last updated: 14 İyul 2025 - 22:02)
RSLN4482

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Qəbələ, Şəki və Zaqatala rayonlarını əhatə edən mediatur təşkil olunub. Tur çərçivəsində müxtəlif media nümayəndələri “Şəhərdən kəndə” layihəsi əsasında dəstək göstərilən yerli təsərrüfatlara səfər edərək, orada görülən işlərlə yaxından tanış olublar.

Mediaturun əsas məqsədi aqrar sahədə tətbiq edilən yenilikləri və yerli istehsal prosesini nümayiş etdirməklə, fermerlərin gündəlik əməyini ictimaiyyətə çatdırmaq, regionlarda aqrar sahənin inkişafına dəstək göstərilən təsərrüfatların tanıtmaq, eləcə də, media ilə kənd təsərrüfatı sektoru arasında qarşılıqlı əlaqələrin gücləndirilməsini təmin etmək olub.

Tur zamanı jurnalistlər Qəbələdə yerləşən “Tofiqoğlu” arıçılıq təsərrüfatı, Şəkinin Öryət kəndindəki “Bio Garden” aqroturizm mərkəzi, daha sonra isə Zaqatalada fəaliyyət göstərən “Eko Zaqatala” ailə təsərrüfatlarının   fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.

Eyni zamanda, media nümayəndələrinə arıçılıq, balçılıq, bağçılıq, heyvandarlıq və aqroturizm sahələrində görülən işlər, istehsal prosesi və əldə edilən nəticələr barədə də ətraflı məlumatlar  təqdim edilib.

Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən bu cür təşəbbüslərin əsas məqsədi ölkəmizdə kənd təsərrüfatının potensialını nümayiş etdirməklə yanaşı, cəmiyyətin diqqətini yerli istehsala yönəltmək və fermerlərin əməyi barədə maarifləndirici məlumatlar təqdim etmək, həmçinin, ictimaiyyəti kənd təsərrüfatı sahəsində aparılan işlər barədə dolğun məlumatlandırmaqdır.

AzPost.az  

DSC00578
DSC00626
RSLN3283
RSLN3741
RSLN3761
RSLN2354
RSLN2514
RSLN2574
RSLN2974
RSLN3483
RSLN3608
RSLN3642
RSLN4444

Post navigation

Previous: Bakıda çörək sexinin fəaliyyəti dayandırıldı – Video
Next: Qan şəkəriniz düşübsə, bu 6 qidaya üstünlük verin

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.