Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Arayik və digərləri barədə apellyasiya qərarı elan olundu

User 06 Avqust 2026 - 12:22 (Last updated: 06 Avqust 2026 - 12:22)
arayik mehkeme

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə açıq məhkəmə iclası davam etdirilib.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

İclasa Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri müşahidəçi qismində qatılıblar.

Məhkəmədə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə qərarı elan olunub.

Məhkəmə qərarında bildirilib ki, Harutyunyan Arayik Vladimiri, Sahakyan Bako Sahaki, Babayan Davit Klimin, Mnatsakanyan Levon Henrixi, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri, Manukyan David Azati, İşxanyan Davit Rubeni, Babayan Madat Arakeli, Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Qazaryan Erik Roberti, Beqlaryan Vasili İvani, Balayan Levon Romiki, Allahverdiyan Davit Nelsoni və Stepanyan Qurqen Homerosinin barələrində olan cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

AzPost.az

Post navigation

Previous: Avropada kritik vəziyyət –
Next: Ukrayna XİN başçısından Azərbaycana başsağlığı

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində...
Read more about İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır? iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.