“Arazdəyən-Horadiz dəmiryolunun açılması üçün Bakı ilə mühüm razılıq var” –Ermənistan Baş nazirinin müavini

Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin işə salınması ilə regional kommunikasiyaların açılmasına başlamaq üçün Azərbaycanla mühüm konsensus əldə olunub.

Bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə bildirib.

Qriqoryan qeyd edib ki, bu, artıq konkret razılaşmadır və tərəflərə işlərin hansı istiqamətdə görüləcəyi aydındır.

“Həmçinin, hamı anlayır ki, yolun keçəcəyi ölkələrin suverenliyi prinsipi çərçivəsində addım atılmalıdır”, o deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.