Arda Turan Ukraynada baş məşqçi işləyəcək

Futbol üzrə türkiyəli tanınmış mütəxəssis Arda Turan növbəti mövsüm Ukraynada işləyəcək.

38 yaşlı çalışdırıcı “Şaxtyor” (Donetsk) klubunun baş məşqçisi olacaq. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb. Tərəflər İngiltərənin paytaxtı Londonda ilk görüş keçiriblər.

Hazırda A.Turan Superliqada mübarizə aparan “Eyupspor” komandasına rəhbərlik edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.