Davamlı çəki itkisi və yağın azaldılmasında əsas amillər düzgün qidalanma, fiziki fəaliyyət və sağlam vərdişlər sayılır. Lakin tədqiqatlar qara qəhvənin əlavə olaraq çəki itirmə prosesinə dəstək ola biləcəyini göstərir.
Bu barədə Verywellhealth məlumat verir.
Qəhvə adətən enerji və diqqəti artırmaq üçün istehlak edilsə də, tərkibindəki kofein maddələr mübadiləsini də gücləndirə bilər. Tədqiqatlar göstərir ki, bu təsir təxminən 5-20% ola bilər.
Daha yüksək metabolik sürət bədənin kaloriləri daha səmərəli şəkildə yandırması deməkdir. O cümlədən istirahət zamanı çəki itirməsinə kömək edə bilər. Yağ oksidləşməsi yağların bədəndə yağ ehtiyatı kimi saxlanılmaq əvəzinə, parçalandığı və enerjiyə çevrildiyi biokimyəvi prosesdir.
Qara qəhvədəki kofein sinir sistemini aktivləşdirir və adrenalin səviyyəsini artırır. Tədqiqatlar göstərir ki, bu, yağ hüceyrələrinin yığılmış yağı buraxmağa başladığı və onu enerji kimi istifadəyə yararlı hala gətirdiyi bir prosesəçevrilir.
Tədqiqatlar göstərir ki, qəhvə tərkibindəki xlorogen turşusu sayəsində qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edə bilər. Bu turşu antioksidan və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
Qəhvəni şəkərsiz, siropsuz və ya qatı qaymaqsız qara içmək tövsiyə olunur, çünki bunlar onun qan şəkəri səviyyəsinə potensial faydalarını azaldır.
Şəkərsiz, siropsuz və ya qaymaqsız qara qəhvə demək olar ki, heç bir kalori ehtiva etmir. Kalorilərin azaldılması davamlı arıqlama üçün vacibdir. Buna görə də yüksək kalorili içkilərin qara qəhvə ilə əvəz edilməsi pəhrizinizi daha yüngül və daha idarəolunan etməyə kömək edə bilər.