“Arka Sokaklar”ın son mövsümü nə vaxt bitəcək?

Arka Sokaklar
Arka Sokaklar

Türkiyənin ən uzunömürlü seriallarından biri olan “Arka Sokaklar” 19-cu mövsümünü başa vurmağa hazırlaşır. AzPost bildirir ki, serialın baş rol ifaçılarından biri olan Özgür Ozan bu barədə jurnalistlərə açıqlama verib.

2006-cı ildən yayımlanan və illərdir sevilən layihə bu dəfə də mövsüm finalı ilə gündəmə gəlib. Serialda Hüsnü Çoban obrazını canlandıran Ozan, tamaşaçıları maraqlandıran “Serial bitəcəkmi?” sualına zarafatla cavab verərək bildirib: “Arka Sokaklar bitmir, daha iyirmi beş il davam edəcək”.

Bu sözləri ilə aktyor serialın yaxın zamanda sona çatacağı ilə bağlı yayılan xəbərləri yumorla təkzib edib. Qeyd edək ki, serial artıq 19 mövsümdür ki, hər həftə Türkiyə tamaşaçılarını ekran qarşısına toplayır və bir çox mövzularda ictimaiyyətə təsir göstərən süjet xətləri ilə diqqət çəkir.

Rəsmi mənbələrdən serialın dəqiq son buraxılış tarixi açıqlanmasa da, yaradıcı heyətin verdiyi siqnallar onun hələ bir müddət davam edəcəyini göstərir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.