“Arsenal”ın sabiq qapıçısı qəflətən vəfat edib

-FOTO
05 İyun 2021 - 08:41

İngiltərənin “Arsenal”, “Vest Bromviç Albion” və digər Premyer Liqa klublarında çıxış etmiş qapıçı Alan Miller 51 yaşında qəfil ürək tutmasından vəfat edib.

Bu barədə “Vest Bromviç Albion” klubunun rəsmi saytı məlumat verib.

“Bu acı günlərdə düşüncələrimiz Alanın ailəsinin və dostlarının yanındadır. Ruhun şad olsun”, – “Vest Bromviç Albion” klubunun yaydığı açıqlamada qeyd olunur.

Qeyd edək ki, Alan Miller “Arsenal” klubunun yetirməsi olub. Qolkiper peşəkar karyerasına 1988-ci ildə başlayıb.