“Arsenal”ın sabiq qapıçısı qəflətən vəfat edib-FOTO

İngiltərənin “Arsenal”, “Vest Bromviç Albion” və digər Premyer Liqa klublarında çıxış etmiş qapıçı Alan Miller 51 yaşında qəfil ürək tutmasından vəfat edib.

Bu barədə “Vest Bromviç Albion” klubunun rəsmi saytı məlumat verib.

“Bu acı günlərdə düşüncələrimiz Alanın ailəsinin və dostlarının yanındadır. Ruhun şad olsun”, – “Vest Bromviç Albion” klubunun yaydığı açıqlamada qeyd olunur.

Qeyd edək ki, Alan Miller “Arsenal” klubunun yetirməsi olub. Qolkiper peşəkar karyerasına 1988-ci ildə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Pandemiya ilə bağlı dəhşətli vəziyyət davam edir” –

Sonrakı məqalə

Kabil hava limanına Türkiyə nəzarət edəcək