Artıq çəki beynimizi “yeyirmi”?- Piylənmə ilə unutqanlıq arasında hansı əlaqə var?

Bir çox insan daim nələrisə itirir və ya unudur. Hətta gənclər arasında da yaddaşının pisləşdiyini deyənlər az deyil. Yaş ötdükcə isə dünyada daha çox insan demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi ad) əziyyət çəkməyə başlayır.

Bəs, insanların unutqanlığında, yaddaşlarının korlanmasında bədən çəkisinin rolu varmı? Başqa sözlə, müasir dünyanın əsas problemlərindən olan artıq çəki və piylənmə demensiya riskini artırırmı?

Azpost.info xəbər verir ki, Boston Universitetinin tədqiqatçıları elmi jurnalda təxminən 40 il ərzində 30-50 yaş qrupunda olan və 2500-ə yaxın insanı əhatə edən araşdırmanın nəticələrini dərc ediblər.

Araşdırma zamanı insanları bədən kütlə indeksinə görə kateqoriyalara ayırıblar. Alimlər demensiyanın inkişaf riski ilə insanın bədən kütlə indeksi arasında əlaqəni tədqiq ediblər. Müşahidələr göstərib ki, piylənmə demensiya ehtimalını artırmır.

“The Lancet” jurnalında dərc olunan araşdırmada da müəyyən edilib ki, qocalıqda orta dərəcədə artıq çəkili olmaq demensiya riskini artırmır, əksinə, koqnitiv funksiyaları qoruyur.

“Alzheimer’s & Dementia” jurnalında dərc edilən başqa bir araşdırma piylənmədən əziyyət çəkən insanlar arasında demensiyanın zəif çəkisi olan insanlarla müqayisədə əhəmiyyətli dərəcədə aşağı olduğunu müəyyən edib.

Çinin Jilin Universitetinin alimləri müəyyən ediblər ki, BKİ 18,5-dən aşağı olan insanlarda demensiyanın inkişaf riski 18,5-24 arasında olanlara nisbətən 51,8 faiz daha yüksəkdir.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

“Rusiyanın daxil olmadığı istənilən sülh planı iflasa uğrayacaq”