“ASAN xidmət” bu tarixdə işləməyəcək

07 Fevral 2020 - 16:57

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

Agentlikdən “Report”a verilən məlumata görə, həmin gün “ASAN xidmət” mərkəzlərində yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək.