Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib –FOTO

Azərabaycanın Xalq artisti, unudulmaz səs sahibi, müğənni Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

Bu barədə Hacı Nuran sosial şəbəkə hesabından məlumat yayıb.

Nuran Hüseynov paylaşımında: “Onu heç xəstə yatağında görmək istəməzdim … Amma nə edəsən ki, yaş öz sözünü deyir … Elmira Rəhimovanı həmişə şux, gümrah görməyə adət etmişəm. Düzdür, son vaxtlar səhhətindəki problemləri bilirdim, amma buna baxmayaraq, özünü sındırmır, zarafatla da olsa “Maşallah, top kimiyəm”, deyirdi … Hətta yanvar ayının sonlarında Xəzər TV-nin “5-də 5” verilişində ad günümü ilk təbrikə gələnlərdən biri də o idi … Elmira Rəhimova mənə anam qədər əziz olan bir insandır . Onun barəsində nə qədər yazsam, yenə azdır .Elmira Rəhimovanın Azərbaycan incəsənətində xüsusi yeri var. Ən azından heç kim onun kimi hind mahnılarını cani-dildən, sevə-sevə oxumadı . Açığını desəm, mən nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim. O cür böyük sənətkarı xəstə çarpayısında görmək mənə də çox pis təsir etdi. Amma həmişəki kimi optimistdir . Arzusunu da dedi “Bir bağ evim olsun, gedim oturum həyətdə . Doyunca nəfəs alım ” Yastığın yüngül olsun, Elmira ana . Allahdan sənə ancaq və ancaq şəfa diləyirəm” deyə Nuran Hüseynov belə yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Əsas vəzifə strukturu sürətlə dəyişdirməkdir” –

Sonrakı məqalə

“ASAN xidmət” bu tarixdə işləməyəcək