Aşıq Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə konsert təşkil ediləcək

Dekabrın 16-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanın aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Mikayıl Azaflının 100 illik yubileyinə həsr edilmiş konsert keçiriləcək. Tədbir “Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən təşkil olunacaq.

İctimai Birlikdən  məlumat verilib ki, tanınmış aşıqların, musiqiçilərin və sənət adamlarının iştirak edəcəkləri gecədə Mikayıl Azaflı irsindən musiqi və şeir nümunələri təqdim olunacaq.

Konsertə giriş sərbəstdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.