AŞPA-da Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir- PREZİDENT

AŞPA-da Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir.

Bu sözləri Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən söyləyib.

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Əvvəlki məqalə

Qaradağ və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılıb

Sonrakı məqalə

Fransa regionda dağıdıcı siyasət apararaq od üstünə benzin tökür