AŞPA-da siyasi partiyalara və seçki kampaniyalarına xaricdən ianələrin şəffaflığı və tənzimlənməsi ilə bağlı qətnamə qəbul olunub.
Qətnamədə bildirilib ki, siyasi partiyalar və seçki kampaniyaları demokratik qərar qəbuletmə prosesinin əsas elementləridir.
Sənəddə qeyd edilib ki, xarici dövlətlərin və ya dövlətlə əlaqəli qurumların siyasi partiyalara və seçki kampaniyalarına maliyyə töhfələri verməsi ilə bağlı xəbərlər var. Bildirilib ki, Avropa Şurası buna görə üzv dövlətlərdə demokratik qərarların qəbul edilməsinin bütövlüyü ilə bağlı narahatlıq keçirməkdədir.
Hesabatda bu cür töhfələrin bir dövlətin siyasi prosesləri, demokratiyası, dövlət bütövlüyü və suverenliyi üzərində mənfi təsir təşkil edə biləcəyi bildirilir.
Qətnamədə mövcud qaydaların və onların icrasının çatışmazlıqlarını aradan qaldırmaq üçün konkret təkliflər irəli sürülüb.(APA)