Aşura günündə məscidlərdə qanvermə aksiyaları keçirilməyəcək –TƏBİB

“Bildiyiniz kimi, pandemiya ilə əlaqədar məscidlər işləmir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova deyib.

Onun sözlərinə görə, əvvəllər Aşura günü məscidlərdə də qanvermə aksiyası təşkil olunurdu: “Ancaq bu il Mərkəzi Qan Bankında Hemotologiya və Transfiziologiya Mərkəzinə yaxınlaşaraq qan verəcəklər. Biz bunu Qafqaz Müsəlmanları İdarəsi ilə də müzakirə edirik”.

Q. Ələkbərova bildirib ki, vətəndaşlar bütün sosial məsafə qaydalarına riayət edərək, maska taxaraq qanvermə aksiyalarında iştirak edə bilər: “Milli Hematologiya və Transfuziologiya Mərkəzinində bununla bağlı şöbələr ayrılacaq və burada qanvermə aksiyaları keçiriləcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir