Putin Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirdi

“Bir il öncə Rusiyanın aktiv vasitəçilik səyləri nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar regiondakı vəziyyətin hələ də sona qədər sakitləşmədiyini göstərdi”.

Bunu Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında bildirib.

“Sabitliyin təmin olunması, atəşkəsin təminatçısı kimi və dinc sakinlərin təhlükəsizliyinin təmini üçün sülhməramlı kontingentn səylərinə tələbat var“-deyə Putin bildirib.

Onun sözlərinə görə, şübhəsiz Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin həllində Rusiya diplomatiyasının rolu artır.

V. Putin xatırladıb ki, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunması, həyati əhəmiyyətli nəqliyyat dəhlizlərinin açılması ilə bağlı Baş nazirlərin müavinləri səviyyəsində dövlətlərarası müvafiq komissiya yaradılıb: “Bu komissiya işləyir. Fikrimcə, bu komissiyanın işinin perspektivləri pis deyil. Həqiqətən, Rusiya daxil olmaqla regionun bütün ölkələri, bu problemlərin uzunmüddətli həllində maraqlıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazir Sahil Babayev koronavirusa yoluxub

Sonrakı məqalə

ATƏT sədri Qarabağla bağlı vəziyyəti müzakirə etmək üçün Moskvaya gəlir