“Atam əmimin yas mərasimində virusa yoluxdu” –Məcnun Hacıbəyovun oğlu (MÜSAHİBƏ)

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru, mərhum Məcnun Hacıbəylinin oğlu Ceyhun Hacıbəylinin Qaynarinfo-ya müsahibəsini təqdim edirik:

– Ceyhun müəllim, Azərbaycanın sevilən aktyoru Məcnun Hacıbəyli tamaşaçılarını tərk etdi. Aktyorun dəfn mərasiminə kimlər gəlmişdi? 

– Çoxlu sayda zənglər gəlib. Teatrın mətbuat xidmətindən və aktyorlar zəng edib başsağlığı verib. Rayon Regional Mədəniyyət Mərkəzindən gəlmişdilər. Rayon İcra Hakimiyyətindən də nümayəndələr gəlib yaxından iştirak etdilər. Hər şey yaxşı idi, sağ olsunlar, heç kimdən narazılığımız yoxdur.

– Bəs Məcnun müəllimin dəfn mərasiminə Akademik Milli Dram Teatrının yaradıcı heyətindən kimlər gəlmişdi? 

– Heç kim, aktyorlardan da gəlməmişdilər. Heç kənd camaatının əksəriyyəti bilmirdi. Çünki hadisə səhər baş verib. Hamı işə gedib, kim nə bilirdi ki… Qəfil olan ölümdür. Sosial şəbəkədən kim eşitdisə, ancaq onlar əlaqə saxlaya bildilər. Atamın dostları da axşama doğru məlumat almışdılar. Aktyorlar gəlməsə də, zəng etdilər. Atam Bakıda deyil, Qubada dəfn olunub. Bakıda olsaydı, gələrdilər, onlar heç gəlib çata da bilmzədilər. Atam saat ikidə dəfn olunub.

– Məcnun müəllimin son aylar səhhəti necə idi, xəstəydi, yoxsa?.. Yəni hər hansı narahatçılığı vardı? 

– Çox yaxşı, heç bir yerindən şikayəti yox idi. Heç gözləmirdik, belə sağlam adam birdən-birə getdi. Koronavirusa yoluxandan sonra vəziyyəti ağırlaşdı.

– Məcnun müəllim sağlığında mətbuata verdiyi müsahibələrində tək yaşadığını deyirdi. Belə olan halda virusa necə yoluxub? 

– Əmim rəhmətə getmişdi. Atam da onun yas yerinə getdi. Demə, atam ora gələnlərdən virusa yoluxub. Özü də bilməyib. Onun yeddi mərasimindən sonra xəstələndi. Getdikcə də ağırlaşdı. Xəstəxanada müalicə olundu, amma nə yazıq ki, onu xilas edə bilmədilər. Əmimin 40 mərasimi hələ təzə çıxıb. İki qardaş iki ayın içində bir-birinin ardınca getdi. Həyatdır da… Qismət necə yazılıbsa, elə də olur. Atam əvvəllər tək olub, son illər onu heç vaxt tək qoymadıq. Bacım və uşaqları onunla olurdu. Pandemiyada isə heç vaxt tək olmayıb, bacım onun qulluğunda olub.

– Məcnun müəllim gözəl aktyor idi, belə bir adam teatrdan niyə ayrılmışdı? 

– Atam gözütox insan idi, heç nədən, heç kimdən ehtiyacı yox idi. Kimdəsə gözü olmazdı. Teatrdan ayrılmağına gəlincə, bu barədə söhbətimiz olmayıb. Sadəcə onu bilirəm ki, atam kəndə, el-obaya bağlı biriydi. Bu səbəbdən də kənddə yaşamağı seçdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə səfiri şəhid hərbçilərin yaxınlarına başsağlığı verib

Sonrakı məqalə

Rusiyalı general Rüstəm Muradov Bakıdan Yerevana təyyarədə nə aparır?