Rusiyalı general Rüstəm Muradov Bakıdan Yerevana təyyarədə nə aparır?

Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov təyyarə ilə Bakıdan İrəvana yola düşüb.

Bu barədə “Sputnik Armeniya” Azərbaycanın Caliber.az saytına istinadən məlumat yayıb.

Sayt yazır ki, təyyarənin göyərtəsində son təxribat zamanı ölən erməni hərbçilərinin cəsədləri var.

“Sputnik Armenia”nın məlumatına görə, hava gəmisində heç bir hərbi əsir yoxdur.

General Muradov Azərbaycan-Ermənistan sərhədinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan hissəsindəki vəziyyəti nizamlamaq üçün danışıqlar aparmaq niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Atam əmimin yas mərasimində virusa yoluxdu” –

Sonrakı məqalə

Rüstəm Muradov Bakıdan Yerevana 1 erməni hərbçisinin cəsədini aparıb –