“Əgər söhbət atamın ən yaxın dostlarından gedirsə, onlar bizi axtarır”.
Bu fikirləri modern.az-a açıqlamasında mərhum eks deputat Sirus Təbrizlinin qızı Arzu Təbrizli atasının dostları barədə danışarkən deyib.
Ancaq o, atasının dostlarının kimliyini açıqlamayıb: “Əsas odur ki, ən yaxın dostları bizi unutmayıb”.
Qeyd edək ki, Sirus Təbrizli 1942-ci il mayın 9-da Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Yeni Azərbaycan Partiyasının sədr müavini işləyib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Tənqidi çıxışlarına görə 2007-ci ildə YAP-dan xaric edilib.