Məşhur futbol “ulduzu” Hakan Şükür ABŞ-da taksi sürür –"FETÖ" ittihamı həyatını alt-üst edb

Məşhur futbolçu Hakan Şükür 1990-cı illərin sonu-2000-ci illərin əvvəllərində Türkiyə yığmasının və “Qalatasaray” klubunun əsas ulduzu olub.

2008-ci ildə karyerasını bitirən futbolçu siyasətlə məşğul olmağa başlayıb.

Hazırda ABŞ-da yaşayan Şükür taksi sürücüsü işləyir. Onun vətəninə dönüşü yasaq edilib.

Halan Şükürün siyasi karyerası

Futbolçu karyerasını bitirdikdən sonra televiziyada futbol eksperti kimi çalışıb. 2011-ci ildə isə siyasətə gəlib. O, 2002-ci ildən iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü kimi Böyük Millət Məclisinin deputatı seçilib.

2013-cü ilin dekabrına kimi Rəcəb Tayyip Ərdoğanın başçılıqa etdiyi partiyanın maraqlarını qoruyub. Amma həmən vaxt AKP sıralarını tərk edərək müxalifətə keçib.

2 il sonra eks-futbolçuya qarşı ciddi ittihamlar səslənməyə başladı. Onu sosial şəbəkələr vasitəsilə Ərdoğanı təhqir etməkdə və dövlət çevrilişinə cəhdin təşkilində ittiham etdilər.

Türkiyə hakimiyyəti Hakan Şükürü Fətullah Gülənin tərəfdarı kimi ona maliyyə yardımı göstərməkdə ittiham etdi. Türkiyə Prokurorluğu onun həbsi barədə qərar çıxarsa da, keçmiş futbolçu ölkəni tərk etməyə imkan tapdı. Amma onun atası həbs olundu və həbsxanada xərçəngdən dünyasını dəyişdi.

Müsahibələrinin birində Hakan Şükür Türkiyəni tərk etməsi üçün səbəbləri sadalamışdı.

“Həyat yoldaşımın butiki daş-qala edilmiş, uşaqlarım təqiblərə məruz qalmışdı. Hər açıqlamamdan sonra hədələr alırdım. Atam həbsə atılmış, bütün əmlakı isə müsadirə olunmuşdu”.

ABŞ-dakı həyat

ABŞ-ın San-Fransisko şəhərinə köçən Hakan Şükür dostu ilə birlikdə burada qəhvəxana və şirniyyat dükanı açır. Amma onun problemləri bununla bitmir.

“Mənim ABŞ-da qəhvəxanam var idi. Qəribə insanlar bura gəlir və AKP-ni vəsf edən dombra musiqisi ifa edirdilər”-deyə Şükür şikayətlənirdi.

Yerli türklərin təzyiqi artdığı üçün Hakan Şükür San-Fransiskonu tərk edərək paytaxt Vaşinqtona köçür. Futbolçu yoldaşı və uşaqlarını da özü ilə bu şəhərə gətirir.

“Uşaqlarımın azad və müstəqil insan olmalarını istəyirəm. Türkiyədə uşaqlara xüsusi münasibət var. İstərdim ki, insanlar səyahət etsinlər, fərqli mədəniyyətlər görsünlər, fərqli insanlarla görüşsünlər. Bu köçməyimizin səbəblərindən biri idi. Türkiyədə vəziyyət çətin olan kimi, buranı tərk etməyin vaxtının gəldiyini anladıq”.

2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra Türkiyə hakimiyyəti aksiyanın arxasında FETÖ (Fetullahçı Terror Örgütü) təşkilatını və ABŞ-da yaşayan Fətullah Güləni ittiham edir.

Haklan Şükürün arzuları

Bu gün Hakan Şükür ABŞ-da Uber taksi şirkərinin sürüsücü kimi işləyir. Onun ABŞ-da qalma müddəti 2020-ci ildə başa çatmalı olsa da, futbolçu özü və ailə üzvləri üçün qrin-kartın uzadılmasını planlaşdırır. Türkiyəyə dönmək arzusu ilə paralel, Hakan Şükür vətənində futbol akademiyasının açılmasını arzulayır.

“Bu gün bir neçə investor var. Amma insanlar mənimlə birgə görüntülənməkdən qorxur. Amerikalılarla əməkdaşlıq etməyə hazıram. Faydalı ola biləcəyimi hiss edirəm. Mənim Avropada və dünyada geniş əlaqələrim var”. (modern.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Atamın yaxın dostları bizi unutmayıb” –

Sonrakı məqalə

Balakəndə sistem qoyulan məktəbli komaya düşərək ölüb