Atanızın həyətdə əkdiyi ağacı kəssəniz cərimələnəcəksiniz

Ağac
Ağac

Azərbaycanda ağacların kəsilməsi ilə bağlı cərimə tətbiq olunur. AzPost bildirir ki, qanunvericiliyə əsasən yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.

Bəs qurumuş və qəzalı vəziyyətdə olan ağaclarla bağlı vətəndaşlar hara müraciət etməlidir?

Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev AzPost-un sorğusuna cavab olaraq bildirib ki, qurumuş, təhlükəli və qəzalı vəziyyətdə olan ağacların götürülməsi üçün vətəndaş torpaq mülkiyyətçisinə – yəni müvafiq olaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət etməlidir. Onlar da öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməli və rəy almalıdır. Nazirliyin müvafiq əməkdaşları tərəfindən sözügedən ağaclara baxış keçirilir və onların götürülməsinə müsbət rəy verildikdə mərkəzi, yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr tərəfindən ağacların götürülməsi təmin edilir.

Elnur Ağayev

Elnur Ağayev belə vəziyyətdə olan ağacların götürülməsinə hansı şərtlər daxilində icazə verildiyinə də aydınlıq gətirib. Bildirib ki, götürülən hər bir ağacın əvəzinə dərhal yenisinin əkilməsi şərti ilə icazə verilir.

Bəs vətəndaş öz şəxsi həyətyanı sahəsində olan ağacları kəsə bilərmi?

Elnur Ağayev bildirib ki, vətəndaş öz xüsusi mülkiyyətində olan həyətyanı sahəsindəki ağacların götürülməsini, yerini dəyişdirilməsini heç bir dövlət qurumundan icazə almadan həyata keçirə bilər.

Lakin burda bir neçə incə bir məqam var. Əvvəla ağac qırımızı kitaba düşmüş və ya tarixi abidə statusunda olmamalıdır. Həmçinin həyətyanı sahənin rəsmi sənədi olmalıdır. Bələdiyə və yaxud müvafiq icra hakimiyyətinin verdiyi torpaq sənədi keçərli deyil. Çünki bu torpaqlar şəxsi mülkiyyət hesab edilmir. Ona görə də bu cür hallarda vətəndaş mütləq müvafiq qurumdan rəy almalıdır.

Elnur Ağayev bildirirb ki, qurumuş, xəstə, qəzalı, kommunikasiya xətlərinə maneə yaradan, həmçinin dövlət əhəmiyyətli sosial-infrastruktur layihələr olduqda mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla yaşıllıqların götürülməsinə və köçürülməsinə rəy verilir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.