Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Eldar Əzizovdan “yaxın adamı”na 50 milyonluq sifariş

Orkhan Ali 03 İyun 2025 - 20:03 (Last updated: 03 İyun 2025 - 19:44)
Tender

Tender

“Tender kralı” kimi tanınan “Xezer-Construction” şirkəti “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin daha iki satınalma müsabiqəsinin qalibi seçilib.
Qaynarinfo-nun məlumatına görə, tenderlərdən biri Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması ilə bağlıdır. Bu tender üzrə satnalma müqaviləsinin maliyyə dəyəri 28 171 675,49 manatdır.
Didər müsabiqə isə Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması üçün keçirilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri isə 22 009 669,5 manatdır.
Beləliklə, “Xezer-Construction” şirkəti bu dəfə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dən 50 181 344,99 manatlıq sifariş alıb.
Ötən ay şirkət MMC-nin Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilmişdi. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 2 525 226,1 manat olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.
Açıq mənbələrdə “Xezer-Construction” MMC haqqında heç bir məlumat yoxdur. Şirkətin adicə veb-səhifəsi də mövcud deyil.
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində fəaliyyət göstərir. MMC-nin rəhbəri Abit Əliyevdir. Abit Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaxın adamı sayılır.

AzPost.az

Post navigation

Previous: Sumqayıt İcra Hakimiyyətinin 145 minlik gül aldığı Nigar Bağırova kimdir?
Next: Vasif Talıbova məxsus olduğu deyilən şirkətin vergi borcu var

Oxşar xəbərlər

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05

xƏBƏR

Müqavilə
  • Sosial

Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!

User 25 Oktyabr 2026 - 14:20
Kirayə mənzildə yaşamaq bir çox ailə, tələbə və başqa şəhərdən Bakıya gələn insanlar üçün gündəlik həyatın bir...
Read more about Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!
Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər Kart
  • Maraqlı

Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər

User 25 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur? kitab
  • Maraqlı

Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur?

User 25 Oktyabr 2026 - 12:50
Evdə qida israfını azaltmağın 6 yolu qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.