“Atəşkəs bütün cəbhə xətti boyunca olmalıdır” –ZELENSKİ

Ukrayna Prezidenti Vladimir Zelenski Ciddədə keçirilmiş ABŞ-Ukrayna danışıqları ilə bağlı açıqlama verib. 

AzPost həmin açıqlamaları təqdim edir:

▪️ Amerika tərəfi bizim arqumentlərimizi başa düşür, təkliflərimizi qəbul edir, komandalarımız arasında konstruktiv söhbətə görə prezident Trampa təşəkkür etmək istəyirəm.

▪️ Amerika tərəfdən təklif olundu ki, tərəflər dərhal ilk addımı atmalıdır. Təkcə raket, PUA və bombalarla bağlı yox  bütün cəbhə xətti boyunca 30 gün ərzində tam atəşkəs yaratmağa çalışaq.

▪️ ABŞ Rusiyanı buna inandırmalıdır.

▪️ Ukrayna sülhə hazırdır. Rusiya müharibəni bitirməyə və ya davam etdirməyə hazır olduğunu nümayiş etdirməlidir. Tam həqiqətin ortaya çıxma vaxtıdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.