“BMT Təhlükəsizlik Şurası Ukraynada müvəqqəti və ya qeyd-şərtsiz atəşkəs çağırışlarına aldadılmamalıdır. Çünki Rusiya bundan qüvvələrini toplamaq və yenidən hücuma keçmək üçün istifadə edəcək”.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Rusiya qeyri-qanuni zəbt etdiyi əraziyə nəzarəti gücləndirmək və növbəti hücumlar üçün qüvvələrini yenidən silahlandırmaq üçün hərbi əməliyyatların dayandırılmasından istifadə edəcək. Təhlükəsizlik Şurası buna aldanmamalı, ədalətli və davamlı sülhü təmin etməlidir”, – Blinken qeyd edib.
Dövlət katibinin sözlərinə görə, belə bir “atəşkəs” artıq 2015-ci ildə olmuşdu: “Bu müharibədə təcavüzkar var, qurban var. Rusiya işğalçılıq, Ukrayna azadlıq uğrunda mübarizə aparır. Rusiya döyüşü dayandırsa, müharibə olmayacaq. Kiyev döyüşü dayandırsa, Ukrayna olmayacaq”.
Azpost.info