“Ukrayna Krımı qaytarmağa hazırlaşır” - ZELENSKİ

Ukrayna prezidenti Vladimir Zelenski Krımı qaytarmaq üçün Kiyevdə hərbi addımların atılmasına hazırlıqların getdiyini bildirib.

Azpost.info xəbər verir ki, Zelenski Ukraynanın mənəvi cəhətdən öz ərazisini qaytarmağa hazır olduğunu deyib.

“Hərbi addımlar var, biz onlara hazırlaşırıq. Mənəvi cəhətdən hazırıq. Biz texniki cəhətdən müxtəlif kateqoriyalı və xarakterli hücum briqadaları formalaşdırırıq, insanları təlim üçün təkcə Ukraynaya deyil, başqa dövlətlərin obyektlərinə göndəririk”, – Zelenski qeyd edib.

Azpost.info

 

Əvvəlki məqalə

“Kiyev döyüşü dayandırsa, Ukrayna olmayacaq”

Sonrakı məqalə

“Çinin təklif etdiyi “sülh planı” yalnız Kreml üçün sərfəlidir”