22 İyul – Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibətilə AURA Clinic media nümayəndələri üçün xüsusi kampaniya elan edib.
Azpost.info xəbər verir ki, 20-26 iyul tarixlərini əhatə edən kampaniya çərçivəsində jurnalistlər klinikanın təqdim etdiyi bütün tibbi xidmətlərdən 60 faiz endirimlə yararlana biləcəklər.
Kampaniya müddətində media əməkdaşları peşəkar həkimlərin qəbuluna yazılaraq müayinə və digər tibbi xidmətlərdən sərfəli qiymətlərlə istifadə edə bilərlər.
Qeyd: Müayinədən yararlanmaq üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4099-cu məhəllə, Əli Kərim küçəsi 25M
Əlaqə: +994 55 959 89 39
AURA Clinic bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edir və onlara möhkəm can sağlığı, uğurlu fəaliyyət və yeni peşə nailiyyətləri arzulayır.
Sözünüz kəsərli, qələminiz iti, canınız sağlam olsun! Bayramınız mübarək!