Avokadonun yetişmiş olub-olmadığını necə müəyyən etmək olar?

Avakado
Avakado

Avokado qida dəyəri yüksək olan meyvələrdən biridir. Onun tərkibində olan lutein və zeaksantin kimi antioksidantlar dəri sağlamlığını qorumağa kömək edir, eyni zamanda gözləri katarakta və yaşla bağlı dəyişikliklərdən qoruyur.

AzPost BB.LV saytına istinadla xəbər verir ki, avokado əsasən xaricdən idxal edildiyi üçün mağazalarda bəzən tam yetişməmiş və ya əksinə, artıq yetişmiş meyvələrə rast gəlinir. Mütəxəssislər düzgün seçim etmək üçün bir neçə sadə məsləhətə diqqət yetirməyi tövsiyə edirlər.

İlk növbədə meyvənin rənginə baxmaq lazımdır. Yetişmiş avokadonun qabığı parlaq yaşıl olmur, daha çox tünd yaşıl və bəzən demək olar ki, qara rəngə yaxın olur. Meyvənin səthi də bir qədər qabarcıqlı və nahamar olmalıdır. Əgər qabıq tam hamar görünürsə, bu adətən onun hələ yetişmədiyini göstərir.

Avokadonu yüngülcə sıxmaq da faydalı üsuldur. Yetişmiş meyvə azca elastik olur, yəni basdıqda bir qədər yumşalır, lakin tez əvvəlki formasına qayıdır. Əgər meyvə çox yumşaqdır və üzərində çökəklik qalırsa, bu onun artıq yetişdiyini göstərir. Saplağı olan avokadoda isə onu ehtiyatla qoparıb altındakı rəngə baxmaq olar – açıq və parlaq rəng meyvənin yetişdiyini göstərir. Lakin bu halda avokadonu uzun müddət saxlamaq mümkün olmur və onu tez istifadə etmək lazımdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.