Xankəndinin separatçı guruhu erməni sakinlərinə Laçın şəhərini və Zabux kəndini tərk etmək göstərişi verib.
Azpost.info bildirir ki, bu barədə Zabux kəndinin icra nümayəndəsi Andranik Çauşyan açıqlama verib. Separatçıların özünü “ərazi naziri” adlandıran Ayk Xanumyan ermənilərə avqustun 25-nə qədər çıxıb getmək üçün vaxt verib.
“Xanumyan bizə təxliyyə planını təqdim elədi, kimin hara gedəcəyini dedi”-deyə o vurğulayıb.
Separatçı guruhun rəhbəri Araik Arutunyanla görüşdə o, baş verənlərə heç bir izahat verməyib.