İstanbul boğazında iki gəmi toqquşub

İstanbulda 2 gəmi toqquşub.

Türkiyə mediası xəbər verir ki, Marşal Adaları bayrağı altında üzən türk şirkətinə məxsus “SSI PROVIDENCE” adlı gəmi ilə Liberiya bayraqlı “PHILIPP OLDENDORFF” yük gəmisi toqquşub.

Hadisəyə səbəb “PHILIPP OLDENDORFF” gəmisinin qəfildən digər gəmiyə yanalması olub.

Həmin vaxt “SSI PROVIDENCE” adlı gəmiyə qayıqla ləvazimat daşınırdı.

Qayıqdakı işçilər iki gəmi arasında qalmaqdan son anda xilas olublar.

Qəzada ölən və ya xəsarət alan olmayıb.

Əvvəlki məqalə

“Avqustun 25-nə qədər Laçını tərk etməliyik” –

Sonrakı məqalə

Prezident Panamanın yeni səfirinin etimadnaməsini qəbul edib