Avrasiya İttifaqında sərhəd qalmaqalı –Qırğızıstan təşkilatdan çıxmaqla hədələyir

Koronavirus pandemiyası Rusiyanın himayəsi ilə qurulan təşkilatlarda ciddi problemlərə yol açıb. Belə təşkilatlardan biri də Avrasiya İqtisadi İttifaqıdır.

Quruma daxil olan ölkələrin liderlərinin sonuncu sammiti təşkilat daxilində olan problemləri nəinki çözə bildi, əksinə daha da qabarıq şəkildə ortaya qoydu. Apreldə Aİİ ölkələrinin onlayn sammiti keçirildi və tərəflərin, 2025-ci ilin sonuna kimi təşkilatın inkişaf strategiyasını qəbulu baş tutmadı. Moskvanın təklif etdiyi inteqrasiya ideyasına artıq əksər ölkələr biganə münasibət bəsləyir. Konkret olaraq qazax prezident Qasım-Jomart Tokayev bildirib ki, onu təşkilatın müəyyən siyasəti qane etmir. Hazırda Aİİ-nin əsas hədəfi və prioriteti Özbəkistanın quruma cəlb olunmasıdır. Lakin belə gedərsə, özbəklər də ora qoşulmaq planından vaz keçəcəklər.

Yeri gəlmişkən, hazırda əsas diqqət Qırğızıstan və Qazaxıstan arasında uzun müddətdir yaşanan sərhəd problemlərinə yönəlib. Yaranmış gərginliyi iki ölkənin baş nazirləri – Muhammedkalıy Abılqaziyev və Askar Mamin ötən gün iki ölkə sərhədində yaranmış vəziyyəti müzakirə ediblər. Əldə olunan razılaşmaya görə, nəzarət-buraxılış məntəqələrindən iri yük maşınlarının Avrasiya İqtisadi İttifaqı bazarlarına buraxılması qərara alınıb. Nur-Sultanda hesab edirlər ki, yük maşınlarının saxlanılmasına səbəb yüklərin sənədləri və fitosanitar nəzarətin olmamasıdır. Bişkek də bunun ardınca inteqrasiya birliyində iştirakını dayandırmaqla hədələyib. Avrasiya İqtisadi Komissiyası isə məsələyə baxdıqdan sonra mövqeyi belə olub: “Bu, baryerdir”. Qazaxıstanla sərhəddə içərisində Rusiya və Aİİ ölkələrinə aparılması nəzərdə tutulan 300-dən artıq yük maşını yığılıb.

Mayın sonlarında Qazaxıstan Qırğızıstanla sərhədi birtərəfli qaydada bağlayıb. Yeddi sərhəd  buraxılış məntəqəsindən beşi qırğızların üzünə qapadılıb. Qırğızıstan sərhəd xidmətindən bildiriblər ki, əlavə məhdudiyyətlər hələ ötən ilin sonlarından start götürüb, indi də vəziyyət kritik həddə çatıb. Sərhəd ərazidə Rusiyaya aparılması nəzərdə tutulan meyvə və tərəvəz xarab olub.

Vəziyyətə Qırğızıstanın baş naziri qarışıb. Qazax həmkarı ilə görüşdən sonra yuxarıda qeyd olunan razılıq əldə olunub. Beləliklə, əldə olunan razılıq Bişkekin ona olan iradları aradan qaldıracağına gətirib çıxaracaqmı – bu hələ bəlli deyil. Nur-Sultanda bu qərarı koronavirusun yayılmasının qarşısını almaqla, eləcə də, ticarət axınına nəzarətlə izah edirlər. Qazax tərəfi xammal ixracı ilə bağlı kifayət qədər inandırıcı faktlar təqdim edir. Qazaxıstan Maliyyə Nazirliyinin məlumatına görə, Bişkek ixrac və idxalın həcmini 10 dəfə azaldır. Məsələn, 2019-2020-ci ildə qazax-qırğız sərhədindən Rusiyaya 80 min nəqliyyat vasitəsi gedib. 1545 maşında yoxlama aparılıb, nəticədə 1505-ində Qazaxıstan vergi qanunvericiliyinin kobud şəkildə pozuntusu aşkarlanıb. Bütün bu faktlara baxmayaraq, Bişkek Nur-Sultanın konstruktiv təkliflərinə səssiz qalmaqdadır. “Bizim tərəfdaşların belə hərəkəti məqsədli şəkildə mehriban qonşuluq prinsiplərindən uzaqlaşmağa xidmət edir. Bununla da Çin ərazisindən idxal olunan məhsulların leqal fəaliyyətinə şərait yaratmaqdır”.

Bişkekdə isə əksinə, hesab edirlər ki, Qazaxıstan Aİİ-nin məhsulların azad yerləşməsi prinsiplərinə əməl etmir. Qırğızıstanın iqtisadiyyat naziri Sanjar Mukametov bildirib ki, indiki vəziyyətdə məsələni yalnız hakim qismində Aİİ həll edə bilər. (Kaspi.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstanın Səhiyyə Naziri koronavirusa yoluxub

Sonrakı məqalə

Azərbaycan XİN Ermənistanın Goranboyla bağlı bəyanatına cavab verdi –