AVRO-2020:Türkiyə və Uelsdən sonra İsveçrə də toplanış üçün Bakını seçib

Bu il keçiriləcək AVRO-2020 ilə bağlı dəyişiklik baş verib.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Bakı Konqres Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfransdakı çıxışında deyib.

Onun sözlərinə görə, A qrupunda qərarlaşan İsveçrə yığmasının təlim-məşq toplanışı ilə bağlı proqramında dəyişiklik edilib. UEFA yanvarın 27-də Türkiyə və Uels yığmalarının toplanış üçün Bakını, İsveçrənin isə Romanı seçdiyini açıqlamasına baxmayaraq, Məmmədov hər üç millinin ölkəmizdə hazırlaşacağını söyləyib: “Üç gün əvvəl bizə yeni məlumat daxil oldu. A qrupunda yer alan Türkiyə, İsveçrə və Uels yığmalarının hər üçü təlim-məşq toplanışı üçün Bakını seçib. Bu o deməkdir ki, adıçəkilən komandalar ən azı 10 gün paytaxtımızda məskunlaşacaqlar. Nəzərə alaq ki, azarkeşlər belə yarışlar zamanı komandalarını tək qoymurlar. Deməli, həmin ərəfədə komandalarının məşqlərini izləmək üçün bu ölkələrdən Bakıya çox sayda azarkeş gələcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu yaxınlarda Bakıda mərkəzi rayonun yaradılması nəzərdə tutulur”

Sonrakı məqalə

Ötən il Azərbaycana daimi yaşamaq üçün 2042 nəfər gəlib