AVRO-2020:Bundestim yarışla vidalaşıb

AVRO-2020-nin 1/8 final mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, mərhələnin son gününə Londonda start verilib.

İngiltərə yığması doğma “Uembli”də Almaniyanı qəbul edib. Qarşılıqlı hücumlarla keçən görüşdə böyük britaniyalılar cüzi ərazi üstünlüyünə malik olub.

Qarşılaşmanın taleyi matçın sonlarında həll olunub. İlk qol 75-ci dəqiqədə vurulub. Rahim Sterlinqin qolu futbolun yaradıcılarını hesabda önə çıxarıb. Buraxılan qoldan sonra Bundestim məğlubiyyətdən qaçmağa çalışsa da, hesabda tarazlıq yarada bilməyib. Görüşün sonlarında Harri Keyn ikinci qolu vuraraq fərqi artırıb. Bu, İngiltərəni 1/4 finala daşıyıb. Almaniya isə AVRO-2020 ilə vidalaşıb.

Qeyd edək ki, İngiltərənin 1/4 finaldakı rəqibi bu gün keçiriləcək İsveç – Ukrayna matçında bəlli olacaq. Bu oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AVRO-2020
1/8 final
29 iyun
20:00. İngiltərə – Almaniya – 2:0
Qollar: 
Rahim Sterlinq, 75, Harri Keyn, 86
Baş hakim: Danni Makkelie (Niderland)
London. “Uembli” stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 87 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Ukrayna 1/4 finala yüksəlib –